Bakıda maşın işıq dirəyinə çırpıldı, yaralı var

17 Mart 2014 08:03 (UTC+04:00)
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BYD" markalı minik avtomobili yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzNews.az