Rusiya Hərbi Dəniz Qüvvələri Xəzərdə təlimlər keçirir

17 Mart 2014 10:33 (UTC+04:00)
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının gəmilər qruplaşması Xəzər dənizində təlimlərə başlayıb.

APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimdə Flotiliyanın "Tatarıstan", "Dağıstan" raket gəmiləri, "Ataman Platov" orta desant kateri və 4 ədəd "Serna" tipli sürətli desant kateri iştirak edir.

Martın 15-də başlanmış təlim iki həftə davam edəcək. Təlim müddətində raket gəmiləri tərəfindən şərti rəqibin suüstü və yerüstü obyektlərinə qarşı döyüş hərəkətləri aparılacaq.

Minaların məhv edilməsi, gəminin hava hücumuna qarşı müdafiəsi, həmçinin diversiyalara qarşı müdafiə və desant çıxarma əməliyyatları yerinə yetiriləcək.

AzNews.az