Rəqsanədən Hüseyn Dərya ilə bağlı humanist addım

17 Mart 2014 11:04 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılova martın 15-də avtomobil qəzası keçirərək dünyasını dəyişən reper Hüseyn Dəryanın qəbrinin üstünün götürülməsi ilə bağlı xərcləri ödəmək istəyir.

Bu haqda Axşam.az-a prodüser Sayqa Cahid deyib:

"Rəqsanə mənə zəng vurdu. Dedi ki, düzdür, Hüseyn Dərya ilə yaxın münasibətimiz olmayıb. Bununla belə, o, sənət dostum idi. Həm də müsəlmançılıq olsun deyə istəyirəm onun qəbir üstü xərclərini ödəyim. Məndən xahiş etdi ki, Dəryanın ailəsi ilə danışım. Bu gün mərhumun bacıları, anası ilə söhbət edəcəyəm. Bu məsələdə onların razılığı mütləqdir".

AzNews.az