Metro ticarətçilərinə 10 milyon ziyan dəyib – Ekspert

17 Mart 2014 11:34 (UTC+04:00)
"Metro keçidlərindəki ticarət kösklərinin sökülməsi sahibkarlara 10 milyon manatdan çox zərər vurub".


Bunu AzNews.az-a açıqlmasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, hər bir obyekt üzrə orta qiymətləndirmənin aparılması və dəyən ziyanın məbləğinin hesablanması mümükündür: "Ticarət köşklərinin hər birində orta hesabla 15 min manat məbləğində məhsul olub. Ümumilikdə bu da metroda ticarət obyektlərində 16 milyon manat dəyərində malın olması deməkdir".

V. Bayramov qeyd edib ki, satış məntəqələri bağlandığından sahibkarlar mallarını ucuz qiymətə satmaq məcburiyyətində qalıblar: "Məhsulları saxlamaq üçün yerin olmaması malların öz dəyərindən aşağı satılmasına səbəb olub. Ümumi hesablama zamanı sahibkarlara 10 milyon manatdan çox ziyanın dəydiyini söyləmək olar".

Amid
AzNews.az