BDU-nun kafedra müdiri institut direktoru seçildi

17 Mart 2014 12:56 (UTC+04:00)
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə yeni təyinat rəsmiləşib.

AzNews.az-ın məlumatına görə, 2013-cü ilin dekabrından bu vəzifəni icra edən AMEA-nin müxbir üzvü, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri Tofiq Hacıyev rəsmi olaraq, İnstitutun direktoru təyib edilib.

Xatırladaq ki, iki il instituta rəhbərlik direktor müavini Fəxrəddin Veysəlli tərəfindən həyata keçirilib.

Ötən ilin dekabrında isə İnstitutda kadr islahatları həyata keçirilib.
Direktor müavinləri Fəxrəddin Veysəlli və Məsud Mahmudov vəzifələrindən vidalaşmalı oldular. M. Mahmudovun yerinə isə Məhəbbət Mirzəliyeva direktor müavini təyin edilib. Elə həmin vaxtdan Tofiq Hacıyev bu vəzifənin icrasına başlayıb.

Fəxrəddin Veysəlli isə institutda yalnız Nəzəri dilçilik şöbəsinin müdiri vəzifəsində saxlanılıb.

Məhəmməd
AzNews.az