Ukrayna hərbi büdcəsini artırdı

17 Mart 2014 14:09 (UTC+04:00)

Ukrayna Ali Radası 2014-cü il üzrə hərbi büdcənin artırılması ilə bağlı qərar verib.

AzNews.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Ukrayna Silahlı Qüvvələrinə daha 6,882 milyard qriven
(7 milyon ABŞ dolları) ayrılmasına dair qərar qəbul olunub.

Ukrayna maliyyə naziri Aleksandr Şlapakın sözlərinə görə, ayrılan vəsait silah və texnika parkının hazır vəziyyətə gətirilməsinə, o cümlədən səfərbərlik işinin təşkilinə yönəldiləcək.

AzNews.az