Gül evə göndərilir

27 Avqust 2012 17:09 (UTC+04:00)

Türkiyə Prezidenti Abdulla Gül xəstəxanadan evə buraxılır. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gül sabah xəstəxananı tərk edəcək. Həkimlərin sözlərinə görə, onun səhhəti normaldır və iş başına keçə bilər.

Bundan əlavə, prezidentin sabahkı iş proqramı barədə də məlumat verilib. Onun sabah axşam saatlarında baş nazir Ərdoğanı və baş qərargah rəisi, ordu generalı Necdət Özəli Çankayada qəbul edəcəyi bildirilir.

Sadiq
AzNews.az