Müdafiə naziri əmr imzaladı

17 Mart 2014 19:31 (UTC+04:00)
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmr Novruz bayramı ilə bağlı olub. Əmrə və təsdiq edilmiş plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə bayram tədbirlərinin keçirilməsi planlaşdırılır.

Məlumatda o da bildirilib ki, hər il olduğu kimi bu il də ziyalılar, ictimaiyyət nümayəndələri, icra hakimiyyətləri, ayrı-ayrı kollektivlər, o cümlədən ölkədə fəaliyyət göstərən televiziya kanallarının çəkiliş qrupları müxtəlif hərbi hissələrdə şəxsi heyətlə bir yerdə Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müracətlər ediblər: "Onların hamısına müsbət cavab verilib. Hətta bəzi yerli strukturlar və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əsgərlərlə ictimaiyyətin nümayəndələri və incəsənət xadimləri bir sıra görüşlər keçiriblər və yaxın günlərdə də bu kimi tədbirlərin keçirilməsi planlaşdırılır".

Amid Əyyuboğlu
AzNews.az