“Pussy Riot”-un iki üzvü Rusiyanı tərk etdi!

27 Avqust 2012 20:35 (UTC+04:00)
Rusiyada mart seçkilərindən sonra Putinin yenidən hakimiyyətə gəlməsinə etiraz edən rus qadın rok qrupu "Pussy Riot"-un axtarışda olan iki üzvünün ölkədən qaçması barədə xəbər yayılıb.

Həbsdə olanlardan Tolokonnikovanın həyat yoldaşı Pyotr Verzilov qızların rus polisi tərəfindən tapıla bilməyəcəyi bir yerdə olduğunu bildirib. Bir çox Qərb dövləti, Pussy Riot üzvləri Maria Alyokhina, Nadezhda Tolokonnikova və Yekaterina Samutsevichə verilən həbs cəzasının ədalətsiz olduğunu bildirərək Rusiyanı qınaq hədəfində çevirmişdi.

Səadət Abbaslı
AzNews.az