Aeroport şossesinin bir hissəsi bağlanacaq

18 Mart 2014 09:24 (UTC+04:00)
Yollarda aparılan işlərlə əlaqədar Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"-dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə hərəkət tam məhdudlaşdırılacaqdır.

AzNews.az