AMEA-da kadr dəyişiklikləri

18 Mart 2014 15:38 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi institutlarına direktorlar seçilib.

AzNews.az Akademiyanın rəsmi saytina istinadən xəbər verir ki, AMEA-nın Şərqşünaslıq, Fəlsəfə, Sosiologiya və Hüquq, Ədəbiyyat, Dilçilik, Əlyazmalar institutları və Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində direktor seçkiləri keçirilib.

Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətində Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsinin seçkilərin nəticələrinin açıqlanmasına həsr olunmuş ümumi yığıncağı keçirilib.

Filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva AMEA Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Teymur Kərimli Əlyazmalar İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin və AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru seçiliblər.

AzNews.az