Sabir Rüstəmxanlı 125 min manat cərimələnir

19 Mart 2014 09:37 (UTC+04:00)
Teleradio İstehsalat Birliyinin Baş direktoru Əflatun Şərifov "Vətəndaş Həmrəyliyi" qəzetini məhkəməyə verib.

"Vətəndaş Həmrəyliyi" redaksiyasından AzNews.az-a verilən məlumata görə, Şərifov iddiasında qəzetin onun şərəf və ləyaqətini alçaltması və işgüzar nüfuzuna ziyan vurduğunu iddia edib. O, barəsində yazılan yazılarla bağlı təkzib verilməsini və ümumilikdə qəzetdən 125 min manat maddi təzminat tələb edir.

Yasamal Rayon Məhkəməsində bu dəqiqələrdə hazırlıq iclası keçirilir.

Xatırladaq ki, "Vətəndaş Həmrəyliyi" qəzetinin təsisçisi millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlıdır.

AzNews.az