Zaqatalada qadın döyülərək öldürüldü

19 Mart 2014 11:59 (UTC+04:00)
Zaqatala rayon sakinini döyərək ölümünə səbəb olmuş şəxs tutulub.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 15-də Zaqatala rayonunun Kebeloba kənd sakini Elmira Abdullayeva rayon Polis Şöbəsində ərizə ilə müraciət edərək cari il fevral ayının 12-də rayon sakini Eldar Osmanov tərəfindən döyülməsini bildirib.

Bundan sonra Elmira Abdullayeva martın 18-də xəstəxanada ölüb.
Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Osmanov tutulub.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

AzNews.az