XİN başçıları Tehranda görüşür

28 Avqust 2012 10:04 (UTC+04:00)
Avqustun 28-də Tehranda Qoşulmama hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası öz işinə başlayıb. AzNews.az İran Televiziyasının yaydığı məlumata istinadən xəbər verir ki, xarici işlər nazirlərinin iclaslarında iştirakçı dövlət başçılarının müzakirələrinə hazırlıq və təsdiqlənəcək qətnamənin mətni müzakirə edilir.

Qeyd edək ki, avqustun 30 – 31-də hərəkatın sammiti keçiriləcək. İran tərəfi sammitdə 30-dən çox ölkənin dövlət və hökumət başçısının iştirak edəcəyini bildirib.

Qoşulmayanlar hərəkatı 1960-ci ildə Varşava və NATO bloklarına qoşulmayan ölkələr tərəfindən yaranıb. Hal-hazırda hərəkatın 120 üzvu var. Quruma rəhbərlik dövridir. Misirin quruma rəhbərliyi bitdiyindən növbəti 3 il ərzində İran bu hərəkatın rəhbərliyini öz öhdəsinə götürəcək.

Alpər
AzNews.az