Sarkisyandan Putinə: "Dağlıq Qarabağ danışıqları Minsk qrupu çərçivəsində davam etdirilsin"

20 Mart 2014 10:40 (UTC+04:00)
Ermənistan rəhbəri Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. AzNews.az-ın Ermənistan rəhbərinin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezidentlərin telefon danışığı S. Sarkisyanın təşəbbüsü ilə baş tutub. Telefon söhbəti zamanı iki ölkəni maraqlandıran aktual məsələlər müzakirə olunub, Ermənistanın Gömrük İttifaqına qoşulması istiqamətində narahatlığın olmadığı deyilib.
Söhbətdə Ukraynada baş verənlərə də toxunan prezidentlər Krımın separatçı rəhbərliyinin keçirdiyi "referendum"u xalqların öz müqəddəratını təyin etməsi kimi xarakterizə ediblər.

Telefon bağlantısı zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. S. Sarkisyan danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin tərəfdarı olduqlarını söyləyib.

AzNews.az