Zakir Həsənov: “İnanıram ki, Hərbi Anda sadiq qalacaqsınız“- Təbrik

20 Mart 2014 11:07 (UTC+04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə şəxsi heyətə təbrik ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, təbrikdə deyilir:

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Müstəqil respublikamız bu gün inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Adət-ənənələri zəngin olan xalqımızın baharın gəlişini, təbiətin oyanışını, tarixi çox qədim Novruz bayramını sevinclə, həvəslə və böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd etməsi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mümkün olub.

İnanıram ki, bundan sonra da hər biriniz Hərbi Anda, nizamnamələrə sadiq qalaraq əsgəri borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, işğal altında olan torpaqlarımızı azad etməyə, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olacaqsınız.

Sizə möhkəm cansağlığı, uzun ömür və xidmətinizdə uğurlar arzulayıram".

AzNews.az