ABŞ Rusiya bankının hesablarını dondurdu

20 Mart 2014 20:08 (UTC+04:00)
Krım böhranı ilə əlaqədar olaraq ABŞ prezidenti Barak Obama sanksiya tətbiq ediləcək rusiyalı milyarderlərin siyahısının artırılması barədə qərar aldıqlarını açıqlayıb.

Obama Rusiyaya xəbərdarlıq edərək daha sərt sanksiyaların hazırlandığını bildirib. Obama tətbiq ediləcək rusiyalı səlahiyyətlilərə qarşı sanksiyaların siyahısına 20 nəfəri yenidən əlavə edib. ABŞ lideri daha sonra vurğulayıb ki, "Ukrayna böhranı daha da təhlükəli duruma gəlib. Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyik. Bundan əlavə Rusiyaya məxsus "Bank Rossiya"nın hesabları dondurulub".(Axar.az)