Nurçuların Azərbaycandakı məktəblərində Gülən həyatı- Fotolar

21 Mart 2014 10:39 (UTC+04:00)
"Fətullah Gülənin bütün məktəblərində onun həyatıyla bağlı tələbələr arasında sınaq keçirilib".

"Axar.az" xəbər verir ki, testlər üçün hazırlanmış sualların hər biri Fətullah Gülənin "Qürbətdəki müəllim" adlı kitabından götürülüb.

Mətbuat hazırlanan sualların hər birinin ölkə daxili, ölkə xaricindəki bütün məktəblərdə şagirdlərə paylanıldığını bildirib. Hazırlanan suallar içərisində Fətullah Gülənin valideynləri və babası haqqında sualların da yer aldığı qeyd edilib. Hökumətə yaxın mətbuat hazırlanan sualların adətən 8-9-cu sinif şagirdlərinə və ondan böyük insanlara bu sualların hazırlandığını yazıb. Eyni zaman həmin testlər vasitəsiylə tələbələrin beyninin yuyulması üçün nəzərdə tutulduğu bildirilib.

Qeyd edək ki, Fətullah Gülənin dünyanın 160 ölkəsində məktəbi olduğu bildirilir.

AzNews.az