AB 12 rusiyalıya sanksiya tətbiq etdi: media rəhbəri də var

21 Mart 2014 18:56 (UTC+04:00)
Avropa Birliyi 12 rusiyalı və krımlıya qarşı sanksiya tətbiq edib.
Onların siyahısı Avropa Birliyinin "Rəsmi jurnal"ında dərc olunub.


Sanksiya siyahısında "Rossiya seqodnə" agentliyinin (keçmiş RİA "Novosti) rəhbəri Dmitri Kiselyov, Rusiya prezidentinin köməkçsisi Vladislav Surkov, baş nazirin müavini Dmitri Roqozin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin, prezidentin köməkçisi Sergey Qlazyev, Qara dəniz donanmasının komandanı Aleksandr Losatov, onun müavini Valeri Kulikov və başqaları var.

Sanksiyalar dərc olunduğu andan qüvvəyə minib.(Musavat.com)