Ukrayna desant qrupu Krımı tərk edir - Tapşırıq

21 Mart 2014 21:31 (UTC+04:00)
Rusiya Müdafiə naziri Sergey Şoyqu Qara Dəniz donanmasının komandanlığına Ukrayna hava - desant qüvvələrinin birləşmələrindən birinin yarımadadan Ukrayna tərəfə keçməsinə şərait yaratması ilə bağlı tapşırıq verib.

AzNews.az xəbər verir ki, Rusiya MN -nin yaydığı məlumata görə, bu birləşmə - 25 - ci hərbi hava - desant briqadası Ukrayna ordusunda xidmət etmək istədiklərini bildiriblər.
15 maşından ibarət kolonu Ukrayna sərhədlərinə qədər RF Silahlı Qüvvələrinin hərbi polisi müşayiət edəcək.

Məlumat üçün bildirək ki, 25 - ci hərbi hava - desant briqadasına daxil olan 61 nəfər fevralın əvvəlində Dnepropetrovsk daimi dislokasiya məntəqəsindən Krımın Simferapol rayonuna hərbi təlim keçmək üçün gətirilmişdi.

Azər
AzNews.az