Türkiyədə Youtube da bağlana bilər

22 Mart 2014 13:39 (UTC+04:00)
Türkiyədə Tvitterə giriş qadağan edildikdən sonra Youtube da bağlana bilər. "Milliyyət" qəzetinin məlumatına görə, Türkiyə Prokurorluğu Quql şirkətindən ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın saxta telefon danışıqlarının yayıldığı materialların silinməsini və IP-lərin dəqiqləşdirilməsini tələb edib.
Qeyd olunur ki, həmin saxta telefon danışıqları Hindistan və Fransada yüklənilib. ("Trend")