İran ən böyük Amerika aviadaşıyıcısının təkrarını hazırlayır - Gizli

22 Mart 2014 18:00 (UTC+04:00)

İran gizlicə Amerika hərbi aviadaşıyıcısının geniş həcmli təkrarını hazırlayır.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı SNN kanalı yayıb.
Xəbərə görə Amerika kəşfiyyatı gəminin tikintisinin sputnikdən alınan görüntülərini əldə edib. Xəbərdə deyilir ki, bu sinifdən olan gəmini İranın tikə bilməsinə və gəminin eynən oxşarının funksiyalarına malik olmasına rəsmi Vaşinqton inanmır.
Fotoçəkilişlərin öyrənilməsindən alınan nəticələrə görə İran "Nimiç" sinifindən olan CVN 68 aviadaşıyıcısının təkrarını hazırlamaq niyyətindədir.
"Nimiç" sinifindən olan aviadaşıyıcı ABŞ - ın nüvə hərbi - dəniz qüvələrinin tərkibinə daxil olan və hələ ki, dünyada ən böyük təyyarə daşıyan gəmidir. ABŞ - dan başqa çox az dövlətlər nüvə başlıqlı qurğulara malik aviadaşıyıcılara sahibdir.
Amerikalı hərbçilər isə belə düşünürlər ki, İranın hazırladığı gəmi tezliklə hollivud filmləri üçün dekorasiya olacaq.


Əli
AzNews.az