Sarayda “Nissan“ yandı

23 Mart 2014 08:30 (UTC+04:00)
Saray qəsəbəsində avtomobil yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Saray qəsəbəsində şirkətə məxsus "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az