Fətullah Gülənə daha bir zərbə: Şimali İraqdakı məktəblər bağlanır

24 Mart 2014 10:58 (UTC+04:00)
Təxminən 160 ölkədə 2 min məktəblə fəaliyyət göstərən Fətullah Gülən tərəfdarlarına daha bir zərbə Şimali İraqdan gəldi. Türkmənistan, Rusiya və Almaniyada bağlanan məktəblərin Şimali İraqdakı fəaliyyətləri də təhlükə altındadır.

AzNews.az xəbər verir ki, Türkiyədə nurçularla bağlı baş verən son hadisələr Şimali İraqa da gedib çatıb. Ölkədə fəaliyyət göstərən 32 məktəblə bağlı hökümətə şikayət edildi. Valideynlər uşaqlarını artıq bu məktəbdən çıxartmağa başlayıblar.

Qeyd edək ki, nurçuların öndə gedənlərindən olan Talib Böyük tərəfindən Şimali İraqda ilk dəfə 1993-cü ildə Fəza adı ilə qurulan məktəblər daha sonra İşıq kollecləri adlanıb.

Xəyalə
AzNews.az