Malayziyanın Baş Naziri: “İtmiş Boeinq Hind okeanına düşüb“

24 Mart 2014 17:35 (UTC+04:00)
Ən son məlumata görə Malayziyaya məxsus Boeinq 777 Hind okeanının cənub hissəsinə düşüb.

AzNews.az - ın xəbərinə görə bu barədə Malayziyanın Baş Naziri Nəcib Razak məlumat yayıb. Xəbərə görə Razak bu barədə artıq sərnişinlərin qohumlarına məlumat verildiyini də bildirib.
Əvvəlcə bu barədə Malayziya hava xətləri kompaniyası xəbər verib və bu məlumatı Sku - New telekanalı yayıb.

Sərnişinlərdən heç kimin sağ qalmadığı ehtimal olunur.

Xatırladaq ki, 8 martda Kuala - Lampurdan Pekinə uçan və göyərtəsində 12 ekipaj üzvü və 227 sərnişin olan avialayner heç bir xəbərdarlıq etmədən radarlardan yoxa çıxaraq itib.
Laynerdən son siqnal Malayziyanın şərq sahillərinin 220 kilometrliyində olarkən alınıb.


Əli
AzNews.az