Avtobus qəza törətdi - 25 ölü

24 Mart 2014 21:31 (UTC+04:00)
Tailandda ağır yol-nəqliyyat qəzası nəticəsində, ilkin məlumatlara görə, ən azı 25 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza Tailandın şimalında yerləşən Tak əyalətində baş verib.

Ehtimallara görə, qəzaya səbəb avtobusun əyləc sistemindəki nasazlıq olub. Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az