Şəkidə yanğın

27 Mart 2014 08:05 (UTC+04:00)
Şəkidə yanğın hadisəsi baş verib.

AzNews.az- ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 35 km aralıda yerləşən Kiçik Dəhnə kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Evə bitişik ümumi sahəsi 40 kv.m olan köməkçi tikili və qaraj yanğından mühafizə olunub. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az