MTN əməkdaşlarına ali hərbi rütbələr verildi
27 Mart 2014 09:48 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilməsi barədə Sərəncam imzalayıb:
general-leytenant ali hərbi rütbəsi:
general-mayor Hilal Mirzəli oğlu Əsədova
general-mayor Əli Sabir oğlu Şəfiyevə
general-mayor ali hərbi rütbəsi:
polkovnik Tarverdi Məmməd oğlu Məmmədova.
AzNews.az