İtkin düşən təyyarə ilə bağlı ŞOK iddialar

27 Mart 2014 10:45 (UTC+04:00)
İtkin düşmüş təyyarə ilə bağlı inanılmaz iddialar səslənib.

AzNews.az "Axar.az"-a istinadən xəbər verir ki, təyyarədə olanların arasında elə 4 nəfər var ki, sərnişinlərin həmin 4 nəfərin ölümünə qurban getməsi ehtimalı böyükdür. Təyyarədə olan Peidong Vang, Cijun Çen, Cihong Çeng və Li Ying adlı sərnişinlər Jakob Rotşildə aid "Freescale Semiconductor" firmasının patent ortaqları olub. Ortaqlıq razılaşmasına görə, beş ortaqdan dördü ölərsə, bütün patentlər Rotşildin firmasına keçir.

Mahatir Məhəmməd adına diqqət edin

Təyyarədə olanlardan biri də Mahatir Məhəmməddir. O, Malaziyanın keçmiş Baş naziridir. Lakin hələ də iqtidar sahibi sayılan insandır. Onun razılığı olmadan ölkədə ciddi heç bir şey edilə bilməz. Hələ də Malaziyanın ən güclü adamı olan Mahatir Məhəmməd Haaqada olan "Beynəlxalq Hərbi Cinayətləri Məhkəməsi"nin ədaləti təmin edə bilmədiyini iddia edərək, 2007-ci ildə Kuala Lumpur Hərbi Cinayətləri Məhkəməsini qurdurub.

Mahatir Məhəmməd İraq Fələstin, Vyetnam və Yaponiya kimi bir çox yerdə müharibə zamanı işlənən cinayətlərin cəzasız qalmasına görə adıçəkilən məhkəməni qurduğunu deyir və bu gördükləri işin tarixə düşəcəyini bildirirdi: "Tarix kitabları müharibə cinayətlərinə layiq olduqları cəzaları verdiyimizi yazmalıdır".

Buş, Bleyr, Donald Ramsfeld mühakimə olunur

2011-ci ildən bu yana davam edən məhkəmə prosesində ata Buş, Toni Bleyer, Dik Çeni, Donald Ramsfeld və köhnə Baş prokuror Alberto Qonzales kimi bir çox adam İraq müharibəsində hərbi cinayətlər törətməsi suçuyla qiyabi mühakimə olunur.

Fələstin mövzusunda İsrail Mühakimə olunur

Bundan başqa, Vyetnam, Fələstin, Ruanda kimi bir çox ölkələrdə gedən müharibələrdə cinayət törətdikləri halda, Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən cəzalandırılmayan və aralarında amerikalı, ingilis, yəhudi və fransızların olduğu bir çox adamları mühakimə etmək istəyir və hətta buna nail ola bilir. Malaziyadakı hərbi məhkəmənin bu cəhdi qarşısında xeyli narahat olan İsrail, ABŞ, İngiltərə və Fransa rəhbərliklərinin 2011-ci ildən bu yana "pusquda olduğu" da iddia edilir. Bu səbəbdən məlum təyyarə qəzasının, planlı şəkildə təşkil edilməsi ehtimalı da gün keçdikcə böyüyür. Ehtimal yalnız bunlarla da bitmir. Radiasiya və "istiqamətləndirilmiş enerji" mütəxəssisi Leuren Moretin "EcologyNews.com" saytına verdiyi müsahibədə 8 mart 2014-cü ildə, Malaziya Hava Yollarına aid MH370 saylı səfər təyyarəsinin ABŞ Dəniz Qüvvələri tərəfindən yenicə tanıdılan Lazer Silah Sistemi (Navy Laser Weapons system - LAWS) tərəfindən vurulduğunu iddia edir.

Vyetnam silahlı qüvvələrinin təyyarənin düşdüyü məkana aid ilk təsbit etdiyi yerin doğru olduğunu ifadə edən Leuren Moret Amerikan və bəzi Malaziya mediasının insanları çaşdırmaqla məşğul olduğunu da deyib. O, bildirib ki, ABŞ Dəniz Qüvvələrinin insanları çaşdırmağa yönəlmiş dezinformasiyaları məqsədli və kütləvi şəkildə ABŞ maraqlarına uyğun olaraq tirajlanıb.

Moret ABŞ Dəniz Qüvvələrinə qarşı səsləndirdiyi ittihamlarda təyyarənin yoxa çıxmasının ABŞ tərəfindən yenicə yaradılmış Lazer Silah Sisteminin sınağı ilə bağlı olmasını və həmin sistem tərəfindən məhv edilməsini vurğulayır. O, qeyd edir ki, bu həm də Putinin bir müddət əvvəl raket sistemi ilə bağlı dediklərinə qarşı strateji bir cavabdır. Təyyarədə olan sərnişinlərin arasında olan 4 xüsusi insanın olması isə hadisənin daha da dolaşığa düşməsinə səbəb olur.

Baronların oyunu ola bilər

Hadisənin bir ucu yenə baronlar baronu Rotşildə uzanır. Təyyarədə olan Peidong Vang , Cijun Çen, Cihong Çeng və Li Ying adlı sərnişinlər Jakob Rotşildə aid "Freescale Semiconductor" firmasının patent ortaqları olub. Ortaqlıq razılaşmasına görə, beş ortaqtan dördü ölərsə, bütün patent Rotşildin firmasına keçir. Türkiyədə də fəaliyyət göstərən "Freescale" firması, 4 milyard dollar gəlir və 18 min işçisi olan nəhəng şirkətdir. Bu iddialar öz isbatını taparsa, heç kim təəccüblənməsin. Çünki tarix bu cür qırğın hekayələrilə doludur!

Bir daşla 3 quş vuruldu

Yox edilən təyyarə sayəsində bir çox güclər öz istəklərinə nail oldular.

Təyyarədəkilərdən bir nəfər İsrail, ABŞ, İngiltərə və Fransa kimi ölkələrdən olan insanların törətdiyi hərbi cinayətlərin Malaziyada mühakimə edilməsini təmin edəcək insan idi. O insan yoxdursa, heç bir mühakimədən söz gedə bilməz. Lazer sistemi ilə təyyarənin vurulmasından sonra Putinin raket sistemi haqqında dediklərinə də cavab vermiş oldular. Həm də Rotşildlər ailəsi ilə ortaq olan 4 nəfərin təyyarədə ölməsi ilə milyardlara sahib olan şirkət müqavilədə də göstərildiyi kimi, adı çəkilən yəhudi ailəsinə qalır.

Bizə başqa yalanlar söyləyərək təyyarə qəzasının səbəbini tapdıqlarını deyə bilərlər. Ancaq bu, belə deyil. Burda səslənən iddialar, böyük bir oyunla qarşı-qarşıya olduğumuzu göstərir. Heç bir şey mediada əks etdirildiyi kimi deyil. Çünki dünyadakı bütün aparıcı media qurumları satanist baronların idarəsindədir.

AzNews.az