Bakı sakinlərindən marixuana götürüldü
27 Mart 2014 11:24 (UTC+04:00)
Bakıda şəhər sakinlərindən 1 kq-a yaxın marixuana götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Qafarovdan 460 qram marixuana götürülüb.
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Ağasəlim Əliyevdən 405 qram marixuana götürülüb.
Hər iki fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.
AzNews.az