Rüstəm İbrahimbəyov: “Qorxurlar ki, Bakıya gəlsəm...“
27 Mart 2014 14:44 (UTC+04:00)
"Azərbaycana dönməyim məndən asılı deyil, Azərbaycan Kinematoqrafçılar İttifaqının bir neçə əməkdaşının taleyi mənimlə bağlıdır. Onlar məndən xahiş ediblər ki, hələlik Azərbaycana gəlməyim".
Bunu APA-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov söyləyib.
R.İbrahimbəyov Azərbaycana dönməməsini xahiş edən keçmiş işçilərinin adlarını açıqlamaq istəməyib: "O şəxslərlə bağlı cinayət işlərinə nə baxır, nə də həmin cinayət işlərini bağlayırlar. Qeyri-müəyyən vəziyyətdir, ona görə də xahiş edirlər ki, Bakıya gəlməyim. Qorxurlar ki, Bakıya gəlsəm, bu, onların taleyinə təsir edər".
AzNews.az