Prezident İlham Əliyevi Lukaşenko özü qarşılayıb

28 Avqust 2012 14:20 (UTC+04:00)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Belarusa rəsmi səfərə gedib. AzərTAc-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqları ilə bəzədilən Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının qısa söhbəti olub.

AzNews.az