Sumqayıtda ədliyyə mayoru qəfildən öldü

27 Mart 2014 21:02 (UTC+04:00)
Bu gün Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb

Ədliyyə nazirliyinin mayoru Sofiyev Arif Alı oğlu bu gün axşam saatlarında dünyasını dəyişib. Belə ki, 55 yaşlı A.Sofiyev axşam saat 19:00 radələrində Sumqayıtda yerləşən "Zəngəzur" kafesində yemək yeyərkən halı pisləşib. Hadisə yerinə təcili tibbi yardımın əməkdaşları gəlsə də A.Sofiyevin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, mərhum Arif Sofiyev infarkt nəticəsində dünyasını dəyişib.(ANS)