Müdafiə Nazirliyi hərbçimizin yaralanmasını təkzib etdi

28 Mart 2014 08:27 (UTC+04:00)
Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələrinin atəşkəsi pozması zamanı hərbçinin yaralnması ilə bağlı yayılan xəbər təsdiqini tapmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, bu gecə Ermənistan Silahlı Qüvvələrinin cəbhəninin Tovuz rayonu istiqamətində yaşayış məntəqəsini atəşə tutması nəticəsində bir mülkü şəxs yaralanıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında isə yaralanan olmayıb.

Xidmətdən o da qeyd olunub ki, hərbiçinin yaralanması ilə bağlı xəbər həqiqətə uyğun deyil.

Amid
AzNews.az