“Bu dövlətə müharibə elan etmək deməkdir“- Davudoğlu

28 Mart 2014 09:48 (UTC+04:00)
Türkiyə güc strukturlarının məxfi müşavirəsinin detallarının açıqlanması faktiki olaraq dövlətə qarşı müharibə elan etməyə bərabərdir. Trend-in verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, dövlət belə əməl sahiblərinin aşkar edilməsi və cəzalandırılması üçün mümkün olan hər şeyi edir.

Bundan başqa, XİN rəhbəri bildirib ki, ölkənin güc strukturlarının dinlənilməsi ölkəyə qarşı casusluğa bərabərdir.

Xatırladaq ki, dunən YouTube-da Türkiyə güc strukturlarının yüksək rütbəli nümayəndələrinin məxfi görüşünün audio yazısı yerləşdirilib. Görüş zamanı Suriyaya hərbi müdaxilə ehtimalı müzakirə edilib. Bundan sonra ölkədə YouTube-a giriş bağlanıb.

AzNews.az