Nazirlikdən Gülər Əhmədovanın səhhəti ilə bağlı açıqlama

28 Mart 2014 12:05 (UTC+04:00)
Sabiq deputat, hazırda məhkumluq həyatı yaşayan Gülər Əhmədovanın səhhətində heç bir ciddi problem yoxdur. Bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Rəfail Mehdiyev bildirib.

İdarə rəisinin sözlərinə görə, G.Əhmədovanın sağlamlığında cüzi narahatlıq var ki, bununla da bağlı müalicə alır: "Gülər Əhmədovanın səhhətində heç bir ciddi problem yoxdur. Onun ayaqları qətiyyən tutulmayıb. Sağlamlığında müəyyən cüzi narahatlıq var. Bununla əlaqədar müalicə alır və lazımi tibbi xidmətlə əhatə olunub. Həkim nəzarətindərir".


AzNews.az