Yanukoviçdən təklif: “Vilayətlərdə referendum keçirilsin”

28 Mart 2014 12:10 (UTC+04:00)

Ukrayna prezidentliyindən kənarlaşdırılan Viktor Yanukoviç xalqa müraciət edib.

AzNews.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Yanukoviç ukraynalıları ölkənin hər bir vilayətində öz statusunu müəyyənləşdiriləsi üçün ayrı-ayrılıqda referendum keçirməyə çağırıb.

V. Yanukoviç prezident seçkisindən əvvəl ümumukrayna referendumunun keçirilməsi təklifi ilə də çıxış edib. O bildirib ki, yalnız bu yolla Ukraynada siyasi stabilliyi qorumaq, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək mümkündür.

AzNews.az