Cəlilabad sakini silahları təhvil verdi

28 Mart 2014 13:09 (UTC+04:00)
Cəlilabad sakini silahları könüllü təhvil verib.

AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Sadatlı kənd sakini Sübhan Amanov tapdığı nömrəsi silinmiş ov tüfəngini və 1 ədəd xaricdə istehsal olunmuş tapançanı (paslanmış vəziyyətdə) könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

AzNews.az