Ərdoğan mitinqləri təxirə saldı

28 Mart 2014 13:43 (UTC+04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkənin bəzi vilayətlərinə səfərləri səs tellərindəki problemlə əlaqədar ləğv edilib.

O, AKP-nin mövqelərinin çox güclü olduğu Konya və Kayseridə keçiriləcək mitinqlərə qatılmayacaq.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.

AzNews.az