Türkiyə Fətullah Gülənin pasportunu ləğv edib
28 Mart 2014 18:03 (UTC+04:00)
Nurçuların lideri Fətullah Gülənin 1990-cı ildə Türkiyədə aldığı yaşıl pasport ləğv edilib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Ərzurum valiliyi F. Gülənə yaşıl pasportun qanunsuz verildiyini əsas gətirərək pasportu ləğv edib.
Xatırladaq ki, F. Gülən 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatı ərazisində yaşayır.
AzNews.az