Millət vəkilliyinə namizəd öldürüldü

28 Mart 2014 19:13 (UTC+04:00)
Mosulda millət vəkilliyinə namizəd Vasiq Qəzənfəri silahlı hücum nəticəsində öldürülüb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, İraqda 30 apreldə keçiriləcək Milli Məclis seçkiləri ərəfəsində ölkədə ciddi təhlükəsizlik problemi yaşanır. Ölkənin şimalındakı Mosul şəhərindən namizəd olan ixtisasca jurnalist Vasiq Qəzənfəri silahlı hücum nəticəsində öldürülüb.

Qəzənfəri Mosulun tarixi və mədəniyyəti mövzusunda yerli kanalların birində hazırladığı proqramıyla tanınırdı.
Bundan başqa paytaxt Bağdadda həyata keçirilən üç ayrı hücum nəticəsində 21 nəfər ölüb, 67 nəfər yaralanıb.


AzNews.az