Arzumanyan: “BMT-də Ermənistan rüsvay oldu”

28 Mart 2014 20:23 (UTC+04:00)

"BMT-də Ukrayna ilə bağlı Ermənistanın səsverməsi ölkənin avrointeqrasiyasının tabutuna vurulan sonuncu mismar oldu".

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri, deputat Aleksandr Arzumanyan deyib.

"Əgər sentyabra (Ermənistanın Gömrük İttifaqına qoşulduğu tarixə - red.) kimi ölkənin Rusiyaya doğru hərəkət eləməsinə şübhələr var idisə, BMT Baş Məclisində dünənki səsvermə bizim biabırçılığımız və rüsvayçılığımız oldu. Bütün müstəqil Ermənistan dövlətçiliyi tarixində belə bir şey hələ olmamışdı. Biz heç vaxt belə qul statusunda olmamışdıq", - deyə XİN-in sabiq rəhbəri söyləyib.

Arzumanyanki təəssüflə qeyd edib ki, Ukrayna Ermənistana öz səhvini düzəltməyə bir neçə dəfə imkan versə də, İrəvan bundan yararlanmayıb.

AzNews.az