Qahirədə baş verən iğtişaşlar zamanı qadın jurnalist ölüb

28 Mart 2014 21:13 (UTC+04:00)
Bu gün Misirin paytaxtında baş verən iğtişaşlar zamanı "Əl-Dustur" qəzetinin müxbiri Miyada Əşrəf ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə jurnalist Qahirənin şimalında reportaj hazırlayarkən baş verib.

Misirdə "Müsəlman qardaşları" və polis arasında növbəti toqquşmalar Abdel Fəttah əs-Sisinin prezident seçkilərində öz namizədliyini irəli sürməsindən sonra başlayıb.

Xatırladaq ki, martın 27-də Misirin müdafiə naziri Abdel Fəttah əs-Sisi tutduğu vəzifədən istefa verib və apreldə baş tutacaq prezident seçkilərində iştirak edəcəyini rəsmi olaraq bəyan edib.

AzNews.az