Yanukoviçin partiyası «təmizlənir»

28 Mart 2014 21:29 (UTC+04:00)
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə birlikdə daha beş nəfər Regionlar Partiyasında çıxarılıb.

Lent.az-ın "İnterfaks"-a istinadən məlumatına görə, partiyadan çıxarılanlar arasında keçmiş baş nazir Nikolay Azarov da var.

Partiya sədrinin müavini Boris Kolesnikov bildirib ki, keçmiş prezident və baş nazirlə yanaşı, Gəlir və Yığım Nazirliyinin keçmiş başçısı Aleksandr Klimenko, baş nazirin keçmiş birinci müavini Sergey Arbuzov, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Andrey Klüyev, habelə sabiq yanacaq və energetika naziri Eduard Stavitski də təşkilatın sıralarından xaric olunub.

Xatırladaq ki, Regionlar Partiyası sabiq prezident Viktor Yanukoviçin siyasi təşkilatı sayılırdı. Partiyadan çıxarılanların hamısı onun hakimiyyəti dövründə vəzifədə olanlardır.

AzNews.az