Ukrayna olimpiya çempionu Eyvazyan Rusiya vətəndaşlığı alır

28 Mart 2014 22:05 (UTC+04:00)

Güllə atıcılığı üzrə 2008 - ci il Olimpiya çempionu Artur Eyvazyan Rusiya vətəndaşlığı alır.

AzNews.az NTV - yə istinadən xəbər verir ki, qərarı barədə bu gün, 28 martda ukraynalı idmançı özü jurnalistlərə bildirib. O qərarının səbəbini açıqlayıb:
"Mən Krımda yaşamaq fikrindəyəm, buna görə isə Rusiya vətəndaşlığını qəbul etməliyəm. Mən əminəm ki, bundan sonra Krımda idman çiçəklənəcək".
Hazırda atıcı Simferapolda yaşayır.

Zakir
AzNews.az