Söyün Sadıqov azərbaycanlı jurnalisti təhqir etdi

28 Mart 2014 22:31 (UTC+04:00)
"Müxtəlif cür jurnalistlər var. Elə jurnalistlər var ki, vicdanlı və azaddır, amma elələri də var ki, kimdənsə asılı olurlar".

Bunu Moderator.az-a açıqlamasında Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov mətbuatda onunla bağlı yayılan yazılara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Eynulla Fətullayev məhz kimlərdənsə asılı olan jurnalistlərdəndir:

"Məni Azərbaycan xalqının düşməni kimi təqdim edən həmin yazıları oxumuşam. Orada yazılanlar cəfəngiyyat və absurddur. Mən özümü tərifləməyi sevmirəm və heç xüsusiyyətim də deyil. Amma ilk dəfə Rusiya Federasiyasında Milli-Mədəni Muxtariyyətini və onun regional strukturlarını yaratdım. Qısa müddət ərzində həmin qurum nəinki Rusiyada, həmçinin bütün dünyada tanındı. 2000-ci ildə ən federal səviyyədə olan "Azərros" qəzetini təsis etdim. Həmin nəşrdə çalışan jurnalistlər bütün beynəlxalq tədbirlərdə iştirak edirdi. "Azərros"un jurnalistləri RF-nin bütün dövlət orqanlarına, Dövlət Dumasına, Federasiya Şurasına və digərlərinə akreditə edilirdi. İlk dəfə olaraq Rusiyada etnik Azərbaycan jurnalistləri yığımı təşkil edildi. Bir çox nailiyyətləri qeyd etmək olar, onsuz da "Azərros"un əldə etdiyi uğurlar hamıya məlumdur. Əlbəttə, bizim fəaliyyətimizə həmişə Azərbaycandan və Rusiyanın bir qrup adamlar tərəfindən maneələr yaradılırdı. Bu, əlbət ki, qorxu və qısqanclıqdan irəli gəlirdi. Lakin bütün maneələrə baxmayaraq biz onları dəf etməyi və inkişaf etməyi bacarırdıq. Eyni zamanda Rusiyada Azərbaycanın milli bayramlarının təbliğatını aparırdım və Azərbaycanın nüfuzunu artıqmaq üçün səy göstərirdim. Biz silsilə kitablar nəşr edir və ya Azərbaycan haqqında yazan müəlliflərin kitablarının nəşr olunması üçün yardım göstərirdik. Mən bu üzdəm mənə inanan və mənimlə çiyin-çiyinə çalışan bütün "Azərros" komandasına təşəkkür edirəm. Və bu üzdən Eynulla Fətullayevin mənim haqqımda yazdıqlarının arxasında kimin durduğu hamıya məlumdur. Çünki onun yazdıqları bütünlüklə siyasiləşmiş və savadsız yazılmış bir yazı idi. Mən ondan incimirəm. Əksinə, o bu cür absurd və yanlış fikirləri ilə mənim nüfuzumu daha da yüksəldir. Eynullanı mən bir dəfə hələ Moskvada həbs olunmamışdan əvvəl, cəmi 20 dəqiqə görmüşəm. O zaman o mənə öz jurnalını göstərərək orada Heydər Əliyev və İlham Əliyev, eləcə də onların ailəsi haqqında heç də xoşagəlməz yazı göstərmişdi. O zaman mən onun üstünə qışqırdım və ona dedim ki, sən azərbaycanlı deyilsən. Nə sən, nə də qeyri başqasnın əgər dövlət başçısından xoşunuz gəlmirsə belə, onun və onun ailəsi haqqında bu cür yazıları və şəkilləri göstərməyə heç kəsin ixtiyarı yoxdur. Məni onunla tanış edən adama da dedim ki, məni belə "əclaf"la niyə tanış edirsən? Mənim belə xüsusiyyətim var, əgər bir nəfəri xalq prezident seçirsə, nə onu, nə də onun ailəsini heç kəs təhqir edə bilməz. Tənqid etmək olar, amma təhqir etmək olmaz. Siz bilirsiz ki, Eynulla o zaman onlar haqqında necə şəkillər dərc etdirirdi? Ona görə də bu gün onun yazdıqlarını heç kəs ciddi qəbul etmir. Mən öz xalqımı və Azərbaycanımı sevirəm. Lakin deputat Siyavuş Novruzova çox acıqlıyam. Onun məni təhqir etməsinə görə onun dilini qopardaram. O necə xalqın deputatıdır ki, xalqın yanına bir ordu cangüdənlə gedir".

AzNews.az