AZAL-ın uçuş qrafikləri dəyişdi

29 Mart 2014 09:37 (UTC+04:00)


AZAL-dan AzNews.az-a verilən məlumata görə, martın 29-dan yeni qrafikə uyğun aviareyslərin həyata keçirilməsinə başlanılacaq.
Artıq bununla bağlı zəruri qurumlar məlumatlandırılıb. Bu qrafika uyğun olaraq bəzi ölkələrə təyyarə reyslərinin artırılması da nəzərdə tutulub.
AZAL-dan o da qeyd olunub ki, yay qrafiki ilə bağlı yeniliklər şirkətin saytında yerləşdiriləcək.

Amid
AzNews.az