Gül Ərdoğanın qadağasını yenə pozdu- Foto

29 Mart 2014 11:23 (UTC+04:00)
Türkiyə prezidenti Abdullah Gül ölkədə "Twitter" və "Youtube" sosial şəbəkələrinə qadağa tələbini pozub.

AzNews.az-ın Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, A. Gül "Twitter"dən sonra ötən gün "Youtube"da prezidentin rəsmi səhifəsində video paylaşıb.

Video martın 28-də Cümə namazından sonra Suriya ilə bağlı mediaya verdiyi açıqlama ilə bağlı olub.

AzNews.az