Tatarlardan gözlənilməz qərar – Krımda qurultay başladı

29 Mart 2014 12:11 (UTC+04:00)

Krım türklərinin (tatar) növbədənkənar qurultayı öz işinə başlayıb.

AzNews.az-ın məlumatına görə, qurultay nəzərdə tutulduğu kimi Krımın paytaxtı Akmescitdə (Simferapol) deyil, türklərin daha çox yaşadığı Baxçasaray şəhərində keçirilir.

Krım Tatar Xalq Məclisindən bildirilib ki, qurultayın keçirilmə yerinin dəyişdirilməsi Akmescitdə ehtimal olunan təxribatın qarşısının alınması ilə bağlıdır.

Qurultayda Krımdakı ictimai-siyasi vəziyyət, Rusiyanın işğalından sonra tatarların bundan sonra tutacaqları mövqe və digər məsələlər müzakirə olunacaq.

AzNews.az