Yaşayış binasında partlayış - 12 ölü, 70 yaralı

29 Mart 2014 22:26 (UTC+04:00)
Misirin Sohağ şəhərində yaşayış binasında bu gün güclü partlayış baş verib.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 12 nəfər ölüb, 70-dək insan xəsarət alıb.

İlkin məlumata görə, faciə elektrik generatorlar üçün nəzərdə tutulan dizel yanacağı ilə doldurulmuş sisternin partlaması nəticəsində baş verib.


AzNews.az